informasiya layihələri

layihələr

Layihələr:
Vip.Az

Vip.az
www.vip.az
VIP.AZ - bu gün Azərbaycan İnternet məkanında analoqu olmayan unikal nəşrdir. Gündəlik həyatımızın, demək olar ki, ən vacib aspektlərini əhatə edən bu daycestdə ətrafımızda baş verən və yaranan bütün eksklüziv yeniliklər əks edilir. Diqqətinizə təqdim edilən kataloq kütləvi auditoriya üçün deyil, yalnız yüksək sosial statusa və incə zövqə malik olan məhdud VİP –dairəsi üçün nəzərdə tutulub.

VIP.AZ toplusunun səhifələrində ən son xəbərlər, dünya modasının tendensiyaları, məşhur brendlərin tarixçəsi, VİP—şəxslərin həyatından qalmaqallı faktlar və digər maraqlı materiallar təqdim edilib.

VIP.AZ kataloqunun müvafiq bölmələri qarderobunuzu son modaya uyğun şəkildə yeniləməkdə, eksklüziv zərgərlik məmulatı, qiymətli əşya və ya parfüm almaqda, daşınılmaz əmlak və ya dəbdəbəli avtomobil əldə etməkdə Sizə yardımçı olacaq. Bundan əlavə, VIP.AZ asudə vaxtınızın harada daha xoş keçirilməsində, məişət problemlərinin həllində və müxtəlif tədbirlərin təşkil edilməsində Sizə kömək edəcək.

Bələdçi bölümündə ən prestijli mağaza və butiklərin, ən yaxşı restoran və əyləncə mərkəzlərinin, klub və salonların, turizm agentlikləri və servis mərkəzlərin ünvanları göstərilib.

VIP.AZ - Eksklüziv Dünyasında Sizin əvəzedilməz bələdçiniz olacaq.


Endirimler.Az

endirimler.az
www.endirimler.az
ENDİRİMLER.AZ – Azərbaycanda baş verən endirim və bonuslar haqqında portaldır.

Bu portalın vasitəsilə endirim, bonus, müxtəlif aksiyalar, satış kampaniyaları, priz, diskont sistemləri və s. haqqında ən dolğun məlumat əldə edəcəksiniz.

Sizə haradan və nə vaxt daha sərfəli alışveriş etməyi, pullarınıza və vaxtınıza necə qənaət etməyi məsləhət görəcəyik.

ENDİRİMLER.AZ portalının köməyi ilə təqdim etdiyiniz mal və xidmətlər haqqında informasiyanı geniş alıcı kütləsinə çatdıra biləcək, biznesinizdəki çevik tariflər və bonuslar haqqında ətraflı danışa biləcəksiniz.

Mal və xidmətlər! Mobil kommunikasiya, səyahətlər, əyləncə və daha nələr-nələr...

ENDİRİMLER.AZ – hər kəs üçün çox sərfəli!
ENDİRİMLER.AZ – büdcənizə və vaxtınıza qənaət edin, biznesinizi inkişaf etdirin!